Bank Of Baku

İordaniyada Azərbaycan klassik musiqi gecəsi keçirilib

İordaniyada Azərbaycan klassik musiqi gecəsi keçirilib
# 05 mart 2010 08:47 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva-APA. Azərbaycanın İordaniyadakı səfirliyinin binasında milli mədəniyyətimizin xaricdə təbliği məqsədi ilə klassik musiqi gecəsi keçirilib. Bu barədə APA-ya Azərbaycanın İordaniyadakı səfirliyindən bildirilib. Gecəni giriş sözü ilə açan səfir Elman Araslı qonaqlara Azərbaycanın milli klassik musiqisinin tarixi, inkişafı, dünya şöhrəti qazanmış bəstəkarları və musiqiçiləri haqqında məlumat verib.
Gecədə Azərbaycan musiqiçiləri – Anar İbrahimov (skripka), Teymur İbrahimov (skripka), İradə İbrahimova (arfa) çıxış edib və Azərbaycanın məşhur bəstəkarları Qara Qarayev və Zakir Bağırovun əsərləri ilə yanaşı Antonio Vivaldinin, İohan Baxın əsərlərini ifa ediblər. Musiqiçilərin çıxışları tamaşaçılar tərəfindən diqqətlə dinlənilib, böyük maraqla qarşılanıb.

Konsertdə İordaniya Xarici İşlər Nazirliyinin məsul əməkdaşları, ölkədə akkreditə olunmuş səfirlər, İordaniya Krallığının siyasi-ictimai dairələrinin, mətbuatın, İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin və Azərbaycan icmasının nümayəndələri iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR