Bank Of Baku

Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı Londonda səslənəcək

Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı Londonda səslənəcək
# 05 mart 2010 11:34 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın dünya şöhrətli bəstəkarı Üzeyir Hacıbəylinin “Sevgili canan” romansı Böyük Britaniyanın paytaxtı Londonda səslənəcək. APA-nın məlumatına görə, romansı Novruz bayramı münasibəti ilə Londonda keçiriləcək konsertdə əməkdar artist Fidan Hacıyeva ifa edəcək. Novruz bayramı ərəfəsində bir həftəlik Londona səfər edəcək müğənni, elə həmin şəhərdə keçiriləcək konsertdə çıxış edəcək. “Sevgili canan” romansı ilə yanaşı F. Hacıyeva, daha bir neçə Azərbaycan bəstəkarının əsrlərinə müraciət etmək fikrindədir. Bu konsert Azərbaycanın Londondakı diasporu tərəfindən həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR