Bank Of Baku

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sərgüzəşti vəziri-xani-Lənkəran” tamaşasının premyerası olacaq

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında “Sərgüzəşti vəziri-xani-Lənkəran” tamaşasının premyerası olacaq
# 05 mart 2010 11:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının kollektivi martın 6-da M. F. Axundovun “Sərgüzəşti vəziri-xani-Lənkəran” pyesi əsasında eyniadlı tamaşanı təqdim edəcək. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, dörd məclisdən ibarət komediyanın quruluşçu rejissoru, teatrın baş rejissoru Cənnət Səlimova, musiqi tərtibatçısı xalq artisti Cavanşir Cəfərovdur. Rəqslərin quruluşu Zakir Ağayev və Leyla Ağayeva məxsusdur.

Tamaşada müxtəlif maraqlı obrazları teatrın aktyorları - əməkdar artistlər Nofəl Vəliyev, Şövqi Hüseynov, Lətifə Əliyeva, Leyli Vəliyeva, Gülər Nəbiyeva, İlqar Cahangirov, aktyorlar İradə Rəşidova, Aydın Dəmirov, Kərəm Hadızadə və başqaları ifa edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR