Bank Of Baku

Azərbaycan Dövlət İncəsənət Muzeyində “Qadın ətri” təsviri sənət sərgisinin açılışı keçirilib – FOTOSESSİYA

Azərbaycan Dövlət İncəsənət Muzeyində “Qadın ətri” təsviri sənət sərgisinin açılışı keçirilib – <font color=red>FOTOSESSİYA</font>
# 05 mart 2010 14:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 5-də R. Mustafayev adına Azərbaycan Dövlət İncəsənət Muzeyində 8 mart – Beynəlxalq Qadınlar Gününə həsr olunmuş “Qadın ətri” təsviri sənət sərgisinin açılışı keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi ilə Rəssamlar İttifaqı tərəfindən birgə təşkil olunan sərgi Hüseyn Cavidə məxsus “Bəşəriyyət qadınla yüksələcək” devizi altında keçirilir.

Sərgidə xalq rəssamı Mikayıl Abdullayev, Oqtay Sadıqzadə, Toğrul Nərimanbəyov, əməkdar incəsənət xadimi Vəcihə Səmədova kimi sənətkarlarla yanaşı, Sakit Məmmədovun, Niyaz Nəcəfovun, Elşən Sərxanoğlunun və digər rəssamların əsərləri tamaşaçılara təqdim olunub. Açılış mərasimində Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov, Bakı şəhər İcra Hakimiyyətinin başçısının müavini Fidumə Hacıyeva, Qarabağ döyüşçüsü Gülarə Musayeva, Mədəniyyət və Turizm Nazirliyinin muzey sektorunun müdiri Azadə Hüseynova çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR