“Ruhların qovuşan yeri” adlı çoxseriyalı bədii filmin çəkilişləri yekunlaşmaq üzrədir
Onun sözlərinə görə Samir Qulamovun “Yol” romanının motivləri əsasında çəkilən filmdə Daxili İşlər Nazirliyinin bir çox arxiv materiallarından istifadə olunub.
Oxşar hadisələr və real faktlar əsasında çəkilən çoxseriyalı bədii filmin rejissoru Samir Qulamov, operatoru Şahmar Qəhrəmanov, bəstəkarı isə Gülçöhrə Babayeva və Tərlan Dühandır.
Ssenarisi 2006-cı ildən hazır olan filmin çəkilişlərinə 2009-cu ilin fevral ayından start verilib.
«Çəkilişlər Bakı, Sumqayıt, İmişli, Neftçala, Quba, Dubay və Mahaçqala şəhərlərində aparılıb.
Filmdə azərbaycanlı, türk və dağıstanlı aktyorlar çəkiliblər. Rejissor filmdə tanınmış simalara üstünlük verməməsinin səbəbi film sənayesinə yeni və maraqlı simaları gətirmək niyyətidir.
Psixoloji kriminal janrında çəkilən filmdə baş rolları Mahir Cananov və İlhamə Bədəlova ifa edirlər.
Film hər biri 42 dəqiqə olmaqla 20 seriyadan ibarətdir.
Film Hüquq Mühafizə orqanları əməkdaşlarının cinayətkarlığa qarşı apardıqları amansız mübarizədən, sovet dönəmindəki atılmış, kimsəsiz uşaqlara göstərilən qayğısızlıqdan və kriminal xarakter daşısa da iki fərqli düşüncəli şəxsin məhəbbətindən bəhs edir.
Filmin süjet xətti belədir: Hələ körpə ikən valideynləri tərəfindən uşaq evinə atılmış Aslan xüsusi cinayətkar qrup tərəfindən Rusiyaya qaçırılır. Aslan cinayətkar qrup tərəfindən sərrast atıcı kimi yetişdirilir. Peşəkar qatil kimi sifarişli qətllər törətməyə başlayır. Bu tip muzdlu qatillər körpəlikdən amansız və qəddar böyüdülür. Törətdiyi cinayətlərə görə Aslan, digər cinayətkar qruplar və İnterpol tərəfindən təxirəsalınmaz axtarışa başlanır.
Günlərin birində Aslanı yetişdirən cinayətkar qruplaşmanın rəhbəri Azərbaycandan qətl sifarişi alır. Sifariş Abdulla adlı narkotik alverçisini qətlə yetirməkdir. Qruplaşmanın rəhbəri sifarişi yerinə yetirmək üçün “Mao” ləqəbli Aslan Qədirovu Azərbaycana göndərir. Doğma şəhəri Bakıya yenicə gələn Aslan xüsusi xidmət orqanlarının əməliyyat tədbiri nəticəsində mühasirəyə düşür. Təsadüfən muzdlu qatil yaxınlıqdakı binaların birində yaşayan telejurnalist Rəna Zeynalovanın mənzilinə daxil olur. Bu təsadüfi görüş hadisələrin məcrasını dəyişir.
Filmdə təsvir olunan hadisələr 1985-2010-cu illəri əhatə edir.
İncəsənət
Əməkdar artist Arif Mirzəyev dəfn edilib - YENİLƏNİB-1
Bakı Beynəlxalq İncəsənət Festivalının ikinci mövsümündə 10 mindən çox tamaşaçı iştirak edib
Bakı Media Mərkəzinin istehsalı olan “Sükut içində addımlar” filminin təqdimat mərasimi keçirilib - FOTO
Birinci vitse-prezident Mehriban Əliyeva və ailə üzvləri dünya şöhrətli skripkaçı Devid Qarrettin simfonik şousunu izləyiblər
Xəbər Lenti
Bakıda və bəzi rayonlarda külək güclənəcək - FAKTİKİ HAVA
Antalyaya uçan Rusiya təyyarəsində bomba təhlükəsi barədə məlumat daxil olub
Bakı Dialoqunun yekun Bəyannaməsi BMT-nin rəsmi sənədi kimi yayılıb
Şuşanın "İqtisadi Əməkdaşlıq Təşkilatının turizm paytaxtı” tədbirinin bağlanış mərasimi keçirilir
Su və Meliorasiya üzrə Layihələndirmə və Elmi Tədqiqat İnstitutunun işçilərinin sayı və əməkhaqları müəyyənləşib
Peskov Putin və Si Cinpinin Ukraynadakı münaqişəni müzakirə etdiklərini açıqlayıb
Putin və Tramp Çində ayaqüstü söhbət ediblər - VİDEO
Abşeronda yük maşınlarından 10 min manatlıq oğurluq edilib
İran ordusu ABŞ-a məxsus MQ-9 PUA-sını vurduğunu bildirir
“AzerGold” rəsmiləri Filizçay layihəsi ilə bağlı Balakəndə yerli icma nümayəndələri ilə görüşüblər - FOTO
“Real Madrid” Arda Gülərlə yeni müqavilə imzalayıb
Oğuzda avtoxuliqanlıq edən sürücü həbs olunub
Azərbaycan Prezidenti Edqars Rinkeviçsi təbrik edib
Prezident İlham Əliyev Oman Sultanına təbrik ünvanlayıb
Putin, Tramp və Si Cinpin arasında üçtərəfli danışıqların mövzuları açıqlanıb
Kreml Putin və Trampın ikitərəfli görüşünün vaxtının hələ razılaşdırılmadığını bildirib
Bakıda Azərbaycan və Avstriya arasında siyasi məsləhətləşmələr keçirilib
Tarixçi Aydın Balayevin “Azərbaycan türkləri" əsəri Azərbaycan dilində nəşr edilib
Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin müavinlərinin sayı artırılıb - FƏRMAN
Bakıda növbəti dəfə Gələcəyin Peşələri Sammiti keçirilib - FOTO
Almaniyanın xarici işlər naziri Ermənistana gedib
Rafiq Danakari: Amaras monastırına ziyarət xüsusi əhəmiyyət daşıyır
Gəncədə yol qəzasında 4 nəfər xəsarət alıb
Moldova Rusiyaya nota verib
Sumqayıt bulvarında 20 yaşlı oğlan dənizdə batıb - VİDEO
Şençjen sammiti: Çin, ABŞ və Rusiya liderlərinin görüşü beynəlxalq münasibətlərdə dönüş yarada biləcəkmi? – TƏHLİL
Birbank Private PWM və The Banker tərəfindən Azərbaycanın ən yaxşı özəl bankı seçilib
Azərbaycan və bp enerji layihələrinin inkişaf perspektivlərini müzakirə edib
Azərbaycanla Gürcüstan arasında iqtisadi tərəfdaşlığının genişləndirilməsi müzakirə edilib
Uşakov: Putin və Tramp bu gün görüşə bilərlər
Belçika ilə Fransa Ukraynaya ilin sonunadək 12 qırıcı təyyarə verəcək
Nazir: Minimum əməkhaqqının artırılması özəl sektorda maaş artımlarına təkan verir
Ağıllı saatlara görə aksiz vergisi alınacaq
Emin Əmrullayev: İxtisas seçimində əmək bazarının tələbləri hər zaman nəzərə alınmır
Trampın Çinə səfəri başlayıb
Alban-Udi icmasının nümayəndələri Amaras monastırını ziyarət edib - FOTO
Anar Əliyev: Süni intellekt daha çox ali təhsil və akademik bilik tələb edən peşələrə təsir göstərəcək
Nazir: Sertifikasiya nəticələrinə əsasən, işdən azad edilənlərin çoxu ibtidai sinif müəllimidir
Qevorq Papoyan: Ermənistan Aİİ-ni Avropa İttifaqı ilə əvəz etməyi nəzərdən keçirmir
Sabah Bakıda 21 dərəcə isti olacaq
Emin Əmrullayev: Əsas prioritetlərdən biri ibtidai təhsilin keyfiyyətinin yüksəldilməsidir
Samuxda minik maşını aşıb, ölən və xəsarət alan var - YENİLƏNİB-1 - FOTO
Qlobal təhsil bazarında yeni süni intellekt platforması - UniDestin fəaliyyətə başladı
“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib
Odun yanacağından istifadə edən bütün təhsil müəssisələri pellet yanacağına keçirilib
Yohann Vadeful: Bakıda açıq dialoq apardıq
Rusiya ordusu Xarkov vilayətində bazara zərbə endirib, 12 nəfər yaralanıb
Əsgər ölümündə təqsirləndirilən həkim həbs olunub, 9 min manat təzminat ödəyəcək
Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv olunur
Bakıda ödənişli hərəkət zonalarından toplanan haqq dövlət büdcəsinə ödəniləcək