Bank Of Baku

Ramiz Quliyev “Qızıl tar” mükafatına layiq görülüb

Ramiz Quliyev “Qızıl tar” mükafatına layiq görülüb
# 09 mart 2010 08:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Xalq artisti, tarzən Ramiz Quliyev İranın paytaxtı Tehran şəhərində keçirilən 25-ci Beynəlxalq Musiqi Festivalında uğurlu çıxışına görə yüksək mükafata layiq görülüb. APA-nın məlumatına görə, Tehranın ən böyük konsert salonlarından biri olan “Təlar Vəhdət”də böyük anşlaqla gerçəkləşən konsertdə Ramiz Quliyev Azərbaycan bəstəkarlarının əsərləri, xalq mahnıları ilə yanaşı, klassik muğamları da ifa edib. Bu il festivala 15 ölkədən müxtəlif ifaçılar, orkestr və ansambllar dəvət olunublar.
İran səfərindən öncə isə tarzən Ankara Dövlət Türk Milli Orkestrinin dəvəti ilə Türkiyənin Ankara, İstanbul və Şanlıurfa şəhərlərində solo konsertlərlə çıxış edib və həmin şəhərlərin ali musiqi təhsil ocaqlarında ustad dərsləri də verib. İlk dəfə olaraq, həmin orkestrin müşayiəti ilə Ramiz Quliyevin ifasında Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri, həmçinin, klassik Azərbaycan muğamları da səsləndirilib. Konsertlərdə orkestrə Türkiyədə yaşayan azərbaycanlı, musiqiçi Abdulla Qurbani dirijorluq edib. Tarzənə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin, Ankara Dövlət Gözəl Sənətlər Genel Müdirliyi və Ankara, İstanbul, Şanlıurfa Dövlət Xalq Musiqisi Müdirliyinin xüsusi diplomları ilə bərabər, “Qızıl tar” mükafatı təqdim olunub.
Ramiz Quliyev Türkiyə və İranın müxtəlif şəhərlərində konsert proqramları ilə çıxış etmək üçün yeni dəvətlər alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR