Bank Of Baku

Vaxtanq Kikabidze: “Azərbaycan xalqının musiqi duyumu çox gözəldir” – FOTOSSESİYA

Vaxtanq Kikabidze: “Azərbaycan xalqının musiqi duyumu çox gözəldir” – <font color=red>FOTOSSESİYA </font>
# 09 mart 2010 10:38 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Bakı tamaşaçısı musiqini çox sevir. Ən əsası isə odur ki, Azərbaycan xalqının musiqi duyumu çox gözəldir”. APA-nın məlumatına görə, bu sözləri martın 8-də Heydər Əliyev Sarayında solo-konsert proqramı ilə çıxış edən Gürcüstanın tanınmış sənətçisi Vaxtanq Kikabidze deyib. İki saatdan artıq davam edən konsert proqramında sevilən müğənni həm gürcü, həm rus dillərində köhnə və yeni mahnılar ifa edib. Konsert zamanı səhnədə quraşdırılmış ekranda Vaxtanq Kikabidzenin oynadığı filmlərdən fraqmentlər də nümayiş etdirilib. Hər ifası tamaşaçıların alqışları ilə müşayiət olunan müğənninin səhhətindəki problemlərdən dolayı ayaq üstə çətinliklə dayandığı diqqətdən qaçmayıb. Bununla belə, sənətçi səhhətinin normal olduğunu, özünü yaxşı hiss etdiyini deyib.

Anşlaqla keçən konsertdə sənətçini izləməyə gələnlər arasında Azərbaycanın dövlət rəsmiləri də olub. Tamaşaçılar V. Kikabidzeni səhnədən ayaq üstə alqışlarla yola salıblar.

Qeyd edək ki, konsert Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilatçılığı ilə baş tutub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR