Bank Of Baku

Yaqub Zurufçunun yeni albomu işıq üzü görüb – FOTOSESSIYA

Yaqub Zurufçunun yeni albomu işıq üzü görüb – <font color=red>FOTOSESSIYA </font>
# 09 mart 2010 15:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti Yaqub Zurufçu Novruz bayramı ilə əlaqədar ABŞ-da silsilə konsertlər verəcək. Bu barədə APA-ya məlumat verən sənətçi bildirib ki, səfər çərçivəsində o, Amerikanın 9 şəhərində konsert proqramı ilə çıxış edəcək. Y.Zurufçunun konsert verəcəyi şəhərlər arasında Vaşinqton, Nyu-York, Los-Anceles, Çikako da var. Konsertlərdə sənətçi tar və kamanın müşayiəti ilə Azərbaycan mahnıları ifa edəcək. Müğənninin konsertləri isə onun aparıcılıq etdiyi “Körpü” verilişinin rəsmi saytı olan andisheh.tv internet saytında canlı nümayiş olunacaq. Bununla yanaşı, Y. Zurufçunun bu günlərdə yeni “Sevgilim” adlı CD və DVD albomu işıq üzü görüb. Albomda sənətçinin ifasında 13 mahnı yer alıb. Albomda yer alan mahnıların əksəriyyətinin bəstəkarı Y. Zurufçunun özüdür. Bu mahnılar arasında sözləri və musiqisi sənətçinin özünə məxsus olan “Azərbaycan”, sözləri Cabir Novruz, musiqisi Rza Rəzəviyə məxsus olan “Sevgilim”, sözləri Aşıq Veysəl, musiqi Y. Zurufçunun özünə məxsus olan “Dostlar məni xatırlasın”, sözləri Nəbi Xəzri, musiqi Y.Zurufçuya məxsus olan “Dəniz”, sözləri Məmməd Araz, musiqisi Y. Zurufçuya məxsus olan “Ya rəbbim”, musiqisi Y. Zurufçuya məxsus olan “Qarabağ” və digər mahnılar var.
Albomdakı sonuncu - 13-cü yerdə sözləri Fərhad İbrahimli, musiqisi Əli Səlimiyə məxsus olan məşhur “Ayrılıq” mahnısı yer alıb. Bu mahnı isə Yaqub Zurufçu və Ququşun dueti kimi təqdim olunub. Bu dueti sənətçi həmkarı ilə birgə Los-Ancelesdə hazırlayıb. Sənətçinin bildirdiyinə görə, albomda 13 mahnının yer aldığı CD ilə yanaşı, “Sevgilim” mahnısına çəkilmiş klipin DVD-si də yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR