Bank Of Baku

Tomas Anders və “Rikki&Poveri” qrupunun Bakıda çıxışı gözlənilir

Tomas Anders və “Rikki&Poveri” qrupunun Bakıda çıxışı gözlənilir
# 10 mart 2010 11:09 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Tanınmış “Modern Talking” qrupunun keçmiş üzvü Tomas Anders və İtalyanın məşhur qrupu “Rikki&Poveri” qrupunun Bakı səhnəsində çıxışı gözlənilir. APA-nın məlumatına görə, bunu jurnalistlərə “Miss Azərbaycan-2010” müsabiqəsinin təşkilatçılarından olan Nazim Səmədov deyib. O bildirib ki, dünya şöhrətli müğənni və qrupun Bakıya səfəri may ayına gözlənilir. Tomas Anders və “Rikk&Poveri” qrupu bu ilin mayında Heydər Əliyev Sarayında keçirilməsi nəzərdə tutulan “Miss Azərbaycan -2010” müsabiqəsinin qala konsertində çıxış edə bilər. N. Məmmədov hazırda bununla bağlı lazımi danışıqların aparıldığını bildirib: “Qala konsertdə bir çox dünya ulduzlarının iştirakını nəzərdə tuturuq. Ancaq hər şey danışıqdan və əldə olunan nəticədən asılıdır. Ümidvarıq ki, istədiyimiz tanınmış simaları Bakıda çıxışına müvəffəq olacağıq”.

Qeyd edək ki, Tomas Anders artıq bir dəfə Bakıda Heydər Əliyev Sarayının səhnəsində çıxış edib. Ancaq bu, 1967-ci ildə yaradılan “Rikki&Poveri” qrupunun Bakıya ilk gəlişi olacaq. Qrupun ifasında ən məşhur mahnılardan biri “Mamma Mariya”dır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR