Bank Of Baku

Bakıda Böyük Britaniyada istehsal olunmuş filmlərin nümayişi təşkil ediləcək

Bakıda Böyük Britaniyada istehsal olunmuş filmlərin nümayişi təşkil ediləcək
# 10 mart 2010 15:25 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Böyük Britaniya kinorejissorlarının filmləri Bakıda nümayiş olunacaq. Layihə “British Council”, “Nərimanfilm” İstehsalat Şirkəti və Kinematoqrafçılar İttifaqının birgə dəstəyi ilə keçiriləcək. “British Council”dan APA-ya verilən məlumata görə, filmlərin nümayişi martın 16-sı və 17-də Kinematoqrafçılar İttifaqında təşkil olunacaq. İki gün müddətində Bakıda iki Britaniya filminin nümayiş olunması nəzərdə tutulur. Filmlərin nümayiş etdiriləcəyi günlərdə, auditoriyanın iki filmi izləmək və həmçinin, öz fikirlərini mütəxəssislərdən ibarət münsiflər heyəti ilə bölüşmək imkanı olacaq.

Layihə çərçivəsində martın 16-da “Cənnətdə beş dəqiqə” filminin nümayişi nəzərdə tutulur. Filmin rejissoru Oliver Hisrchbiegel, ssenari müəllifi Guy Hibbertdir, filmdə əsas rolları Liam Neeson və Ceyms Nesbitt ifa edirlər. Martın 17-də isə rejissor Paul Greengrassın “Qanlı Bazar” filminin nümayişi baş tutacaq. Filmin baş rollarında James Nesbitt, Tim Pigott- Smith çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR