Bank Of Baku

Azərbaycanlı musiqiçilər Avstraliya və Yeni Zelandiyada keçirilən beynəlxalq musiqi festivalında iştirak ediblər

Azərbaycanlı musiqiçilər Avstraliya və Yeni Zelandiyada keçirilən beynəlxalq musiqi festivalında iştirak ediblər
# 11 mart 2010 15:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycanlı musiqiçilər Avstraliyada keçirilən "Womad Delaibe" festivalında iştirak ediblər. Qrupun solisti xanəndə, ötən il Səmərqənddə keçirilən "Şərq təranələri" müsabiqəsinin qalibi Qoçaq Əsgərov APA-ya məlumatında bildirib ki, musiqiçilər hazırda Yeni Zelandiyada səfərdədir. Səfərdə 5 nəfərdən ibarət “Turan” milli musiqi qrupunun üzvləri və YUNESKO-nun eksperti, musiqişünas Sənubər Bağırova iştirak edir. Festival Avstraliyanın Adelayb şəhərində keçirilib və festivala dünyanın müxtəlif ölkələrindən 500-dən çox tanınmış musiqiçilər qatılıblar. Q. Əsgərovun sözlərinə görə, festival iki günlük konsert, bir seminar və qala konsertlə başa çatıb. Musiqiçilərimiz konsertlərdə geniş proqramla çıxış ediblər: “All star Qala" konsertində məhz bizə iki dəfə çıxış etmək imkanı verildi və proqrama bizim ifamızla yekun vuruldu. Festivalda dünya şöhrətli hindistanlı musiqiçi Ravi Şankar və avstriyalı kamança ifaçısı Ross Deli ilə bir eyni səhnəni bölüşdük. Eyni zamanda Madonnanı müşayiət edən məşhur musiqiçilər də həmin festivalda idi və bizim qrupla onların musiqiçilərinin yaxın dostluq münasibəti yarandı”.

Hazırda Yeni Zelandiyada səfərdə olan musiqiçilərimiz sabah Taranaki şəhərində keçiriləcək “Womad New Zealand” festivalına qatılacaqlar. Həmyerlilərimizin çıxışı ilə yanaşı, seminarda iştirakı da nəzərdə tutulub. Xatırladaq ki, "Turan" qrupunda Qoçaq Əsgərovla yanaşı əməkdar artist, tarzən Malik Mansurov, kamança ifaçısı Elnur Mikayılov, nağara ifaçısı Şükür Əliyev və balaban ifaçısı Şirzad Fətəliyev çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR