Bank Of Baku

Avstraliyalı kamança ifaçısı Ross Deli “Şüştər” rəngini yeni diskinə daxil edəcək

Avstraliyalı kamança ifaçısı Ross Deli “Şüştər” rəngini yeni diskinə daxil edəcək
# 11 mart 2010 15:31 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Avstraliyalı kamança ifaçısı Ross Deli “Şüştər” rəngini öyrənərək repertuarına daxil edib. Bu barədə APA-ya xanəndə Qoçaq Əsgərov məlumat verib. O bildirib ki, bu, Ross Delinin İngiltərədə buraxılan diskinə də daxil ediləcək: “Bu yaxınlarda keçirilən konsertdə də musiqiçi qala konsertdə “Şüştər” rəngini səsləndirib.
Ross Delini bizim kaman ifaçımız Habil Əliyevlə dostluq münasibəti bağlayır. Habil müəllimin müsahibələrində dəfələrlə vurğuladığı Avstraliyada bağışlanan həmin kamançanı ona Ross Deli təqdim edib. O, dünyada 35 disk buraxmağa müvəffəq olmuş azsaylı musiqiçilərdəndir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR