Bank Of Baku

Azərbaycanın incəsənət və ədəbiyyat xadimlərinə aid sənədlər Dövlət Film Fonduna veriləcək

Azərbaycanın incəsənət və ədəbiyyat xadimlərinə aid sənədlər Dövlət Film Fonduna veriləcək
# 12 mart 2010 10:51 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Gürcüstan arxivindən Azərbaycanın incəsənət xadimlərinə aid müxtəlif foto və arxiv sənədləri Dövlət Film Fonduna veriləcək. Dövlət Film Fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, məhz bu məqsədlə ay ərzində Dövlət Film Fondunun əməkdaşları Gürcüstan arxivinə ezam olunacaqlar. Bunlar arasında Azərbaycanın ilk professional kinorejissoru Səməd Mərdanova məxsus sənədlər, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 60-cı illərdə Gürcüstanda qastrol səfərində olarkən kino materialları və Cəfər Cabbarlı adına Azərbaycan-İrəvan Dram Teatrına ilə bağlı müəyyən sənədlər olacaq.

C. Quliyevin sözlərinə görə, Dövlət Film Fondu Rusiyada kolleksioner Q. Miçellişvilinin ailəsi ilə uğurlu danışıqlar aparılıb. Danışıqlar əsasında Dövlət Film Fonduna Niyazi, Tahir Salahov, Cövdət Hacıyev, Toğrul və Mirizadə Nərimanbəyovlar, akademik Həmid Araslı, rəssam Fərhad Xəlilov, xalq şairi Süleyman Rüstəm və başqalarına məxsus foto-neqativlər daxil ediləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR