Bank Of Baku

Rəssam Natiq Əhmədzadənin Bakıda fərdi sərgisi keçiriləcək

Rəssam Natiq Əhmədzadənin Bakıda fərdi sərgisi keçiriləcək
# 12 mart 2010 11:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı İncəsənət Mərkəzinin təşəbbüsü ilə Gəncə rəssamlıq məktəbinin tanınmış nümayəndələrindən olan Natiq Əhmədzadənin fərdi sərgisi keçiriləcək. Mərkəzdən APA-ya verilən məlumata görə, “Yeni Gallery”də təşkil olunacaq sərgi Novruz bayramına həsr olunacaq. Sərgidə rəssamın 30 rəngkarlıq nümunəsi nümayiş olunacaq. Sərgidə təqdim ediləcək “Xaqan”, “Qonşular”, “Sevgililər”, “Qədim şəhər”, “Totem”, “Almalı natürmort”, “Qoca İstanbul”, “Musiqiçilər”, “Muğam”, “Şərq qızı” və digər əsərləri bir neçə beynəlxalq sərgilərdə nümayiş olunub və sənətsevərlərin böyük marağına səbəb olub.
Bir sıra beynəlxalq sərgilərinin iştirakçısı olan Natiq Əhmədzadənin əsərləri Mədəniyyət və Turizm Nazirliyinin fondunda, Azərbaycan, Rusiya, Türkiyə, ABŞ, Fransa, İngiltərə, İtaliya və Norveçdə şəxsi kolleksiyalarda saxlanılır.

Qeyd edək ki, sərginin davamı olaraq rəssam yaradıcılıq nümunələrini Novruz bayramı ərəfəsində Gəncə şəhərinin Rəsm Qalereyasında da nümayiş etdirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR