Bank Of Baku

Azərbaycanın bütün regionlarını əhatə edəcək kino həftəsi keçiriləcək

Azərbaycanın bütün regionlarını əhatə edəcək kino həftəsi keçiriləcək
# 12 mart 2010 11:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. 6-10 aprel tarixlərində ilk dəfə olaraq Azərbaycan kinosu həftəsi keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Almaz Sultanzadənin APA-ya verdiyi məlumata görə, bu həftə ərzində bir çox tədbirlərin keçirilməsi nəzərdə tutulur. Azərbaycan kinosu həftəsinin təntənəli açılış mərasimi aprelin 6-da Heydər Əliyev Sarayında “Niyyət” bədii filminin təqdimatı ilə baş tutacaq. Həftə çərçivəsində Azərbaycanın 9 şəhərində - Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Göyçay, Gəncə, Yevlax, Xırdalan və Sumqayıtda silsilə kino tədbirləri keçiriləcək. Bu müddət ərzində bir neçə məkanda xeyriyyə tədbirlərin keçirilməsi də planlaşdırılır. Bu silsilədən 3 nömrəli Şağan Uşaq evində “Cəsur təyyarə” və “Kirpi” animasiya filmlərinin premyerası, hərbi hissələrdə “Cavad xan” filminin, islah əmək müəssisəsində isə “Məhkumlar” və “Niyyət” filmlərinin nümayişi baş tutacaq. Eyni zamanda kino həftəsinin proqramına Sumqayıtda və Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənclərlə görüşün keçirilməsi də salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR