Bank Of Baku

TÜRKSOY çərçivəsində I beynəlxalq kino festivalı keçiriləcək

TÜRKSOY çərçivəsində I beynəlxalq kino festivalı keçiriləcək
# 12 mart 2010 12:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. TÜRKSOY-un təşəbbüsü ilə ilk dəfə olaraq bu təşkilata üzv olan ölkələrin iştirakı ilə I beynəlxalq kinofestival keçiriləcək. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsindən APA-ya verilən məlumata görə, “Yeddi kamera, bir ekran” adı altında martın 21-dən 28-dək gerçəkləşəcək. Festivalın şərtlərinə görə, hər iştirakçı ölkə müstəqillikdən əvvəl və müstəqillik dövründə istehsal etdiyi iki filmlə təmsil olunmalıdır. Bunun nəzərə alan Mədəniyyət və Turizm Nazirliyi festivala müstəqillik dövründən əvvəl çəkilmiş “Yaramaz” və müstəqillik dövründə çəkilən “Qala” bədii filmlərini festivala göndərmək qərarına gəliblər. Festivalda Yusif Şeyxovun rəhbərliyi altında xüsusi nümayəndə heyəti iştirak edəcək. Nümayəndə heyətində rejissorlar Şamil Nəcəfzadə və Xəyyam Abdullayev təmsil olunacaq. Nümayəndə heyəti bir çox tədbirlərdə iştirak edəcək, dəyirmi masa və mətbuat konfranslarında Azərbaycan kinosunun hazırkı vəziyyəti haqqında məlumatlar verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR