Bank Of Baku

Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr edilmiş konfrans və konsert keçirilib – FOTO

Vaqif Mustafazadənin 70 illik yubileyinə həsr edilmiş konfrans və konsert keçirilib – <font color=red>FOTO </font>
# 15 mart 2010 09:59 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakı Caz Mərkəzində görkəmli Azərbaycan pianoçusu və bəstəkarı, respublika dövlət mükafatı laureatı Vaqif Mustafazadənin anadan olmasının 70 illik yubileyinə həsr olunmuş konfrans və konsert keçirilib. APA-nın məlumatına görə, Mədəniyyət və Turizm Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda cazmenin həyat və yaradıcılığına nəzər salınıb. Bakı Musiqi Akademiyasının elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə çıxışında Vaqif Mustafazadənin sağlığında qiymətini ala bilmədiyini qeyd edib: “Azərbaycan cazına dünya şöhrəti gətirən, musiqimizi dünyada tanına Vaqif Mustafazadə bu xidmətlərinin qarşılığını sağlığında ala bilməyib. Uzun illər o bir çox çətinliklərlə üzbəüz qalıb. Ancaq bütün bu çətinliklərə sinə gərərək, qoyulan qadağaları, qarşısına çəkilən sədləri qırmağı bacarıb”.

Xalq artisti, bəstəkar Tofiq Bakıxanov, əməkdar incəsənət xadimi Şəhla Həsənova, professor Ülviyyə İmanova və başqaları mərhum sənətkarın yaradıcılığından danışıblar.

Daha sonra tədbir konsert proqramı ilə davam etdirilib. Konsert proqramında “Retro - Sevil” vokal-instrumental ansamblı, Arif Cahangirovun rəhbərliyi ilə saksofonçular qrupu, pianoçu Əfqan Rəsulov, vokalçı Aynur İsgəndərli, saksofonçular Rafiq Seyidzadə, Zaur Mirzəyev və başqaları musiqi nömrələri ilə çıxış ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR