Bank Of Baku

Əzizə Mustafazadə atasının 70 illik yubiley tədbirində çıxış edəcək

Əzizə Mustafazadə atasının 70 illik yubiley tədbirində çıxış edəcək
# 15 mart 2010 10:03 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 16-da Azərbaycanın görkəmli caz ustası Vaqif Mustafazadənin anadan olmasının 70-ci ildönümü tamam olur. APA-nın məlumatına görə, yubileylə əlaqədar Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Sarayında təntənəli mərasim və konsertin keçirilməsi planlaşdırılır. Yubiley tədbiri ilə əlaqədar olaraq mərhum sənətkarın həyat yoldaşı Eliza Mustafazadə və qızı, bəstəkar, pianoçu Əzizə Mustafazadə Bakıya gəliblər. Əzizə Mustafazadə atasının yubiley mərasimində xüsusi nömrələrlə çıxış edəcək. Bu konsert üçün Əzizə Mustafazadə xüsusi proqram hazırlayıb. Pianoçu bir neçə gün Bakıda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR