Bank Of Baku

Heydər Əliyev Sarayında “Novruz bayramında bahar nağılı” adlı bir günlük bayram şənliyinin məşqləri başlanılıb – FOTOSESSIYA

Heydər Əliyev Sarayında “Novruz bayramında bahar nağılı” adlı bir günlük bayram şənliyinin məşqləri başlanılıb – <font color=red>FOTOSESSIYA </font>
# 15 mart 2010 10:22 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Heydər Əliyev Sarayında “Novruz bayramında bahar nağılı” adlı bayram şənliyi bir gün keçiriləcək. Bu barədə APA-ya məlumat verən sarayın mətbuat katibi Anar Fərəczadə bildirib ki, üç günə nəzərdə tutulan bayram şənliyinin keçirilmə müddətinin azaldılmasının səbəbi bir günün daha yüksək səviyyədə təşkil olunmasıdır. Mətbuat katibi qeyd edib ki, artıq bayram şənliyinə hazırlıq üçün ciddi məşq prosesi gedir: “Uşaqlar canla-başla məşq edirlər. Hər gün dərsdən çıxıb məşq etmək üçün saraya gəlirlər. Söz verdiyimiz kimi bayram şənliyində bir çox sürprizlər olacaq. Sarayın bütün texniki xidmətləri tədbirin yüksək səviyyədə baş tutması üçün səfərbər olublar. Bayram proqramı üzərində 200-dən artıq insan çalışır. Martın 23-də, cəmi bir gün respublikanın bir nömrəli konsert salonunda əsil bayram yaşanacaq”.

Mətbuat katibinin sözlərinə görə, “Novruz bayramında bahar nağılı” adlı bayram şənliyinə “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Azəri inciləri” rəqs kollektivləri və gənc müğənnilər qatılacaq.

Bir gün baş tutacaq şənliyin biletlərinin qiyməti 3-10 manat arasındadır. Proqram saat 12:00-da başlanacaq.

Qeyd edək ki, “Novruz bayramında bahar nağılı” bayram şənliyinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR