Bank Of Baku

Böyük Britaniya kino həftəsinin açılışı keçirilib

Böyük Britaniya kino həftəsinin açılışı keçirilib
# 16 mart 2010 14:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Martın 16-da Azərbaycan Kinematoqrafçılar İttifaqında Böyük Britaniya kino həftəsinin açılışı keçirilib. APA-nın məlumatına görə, layihə “British Council”, “Nəriman Film” İstehsalat Şirkəti və Kinematoqrafçılar İttifaqının birgə dəstəyi ilə gerçəkləşir. İlk nümayiş günü “Cənnətdə beş dəqiqə” filmi göstərilib. Filmin rejissoru Oliver Hisrchbiegel, ssenari müəllifi Guy Hibbertdir, baş rolları Liam Neeson və Ceyms Nesbitt ifa edirlər. Nümayişdən sonra film ətrafında müzakirələr aparılıb. Martın 17-də isə rejissor Paul Greengrassın “Qanlı bazar” filminin nümayişi baş tutacaq. Filmin baş rollarında James Nesbitt, Tim Pigott-Smith çıxış edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR