Bank Of Baku

Alman dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Traviata” operasının tamaşasını idarə edəcək

Alman dirijoru Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında “Traviata” operasının tamaşasını idarə edəcək
# 17 mart 2010 14:57 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi məşhur alman dirijoru Pyer Dominik Ponellini aprelin 3-də keçiriləcək “Traviata” operasının tamaşasını idarə etmək üçün dəvət edib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Traviata” operasının tamaşasında ilk dəfə aparıcı partiyalardan biri – Violetta partiyasını Opera və Balet Teatrının solisti, əməkdar artist İnarə Babayeva ifa edəcək. Tamaşada xalq artisti Azər Zeynalov (Alfredo), əməkdar artistlər Əvəz Abdullayev (Jermon), Əli Əsgərov (Markiz) və Əkrəm Poladov (Dokor) da iştirak edəcəklər.

Qeyd edək ki, P. D. Ponelli hazırda Avropada ən populyar dirijorlardan biridir. O, professional dirijor kimi dünya şöhrətli avstriyalı dirijor Qerbetr fon Karayandan dərs alıb. P. D. Ponelli dünyanın bir çox ölkələrində - Fransa, İsveçrə, Polşa, İspaniya, Braziliya, Yunanıstan, İtaliya, Rumıniya və Finlandiyada uğurlu qastrol səfərlərində olub. 1992-1996-cı illərdə o, Belorus milli filarmonik orkestrinin bədii rəhbəri və dirijoru vəzifəsində çalışıb. O, həmçinin Bavariya televiziyasında İtaliya haqqında istehsal olunan 7 sənədli filmin musiqi müəllifidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR