Bank Of Baku

“Salnamə” Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyası birgə film çəkəcək

“Salnamə” Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyası birgə film çəkəcək
# 18 mart 2010 10:00 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Mədəniyyət və Turizim Nazirliyinin sifarişi ilə “Salnamə” Sənədli Filmlər Studiyasında yeni tammetrajlı film çəkiləcək. Studiyadan APA-ya verilən məlumata görə, artıq çəkilişin hazırlıqlarına başlanıb. Rusiya kinematoqrafçıları, Sankt-Peterburqun “Lennauçfilm” kinostudiyası ilə birgə çəkiləcək film “Sankt-Peterburqda xəzri küləyi” adlanır. Filmi Məmməd Rahimin “Leninqrad göylərində” poemasının motivləri, Rusiyanın xalq artisti V. İ. Qurkalenkonun ssenarisi əsasında rejissor Tahir Əliyev ekranlaşdıracaq.

Filmin çəkilişləri Rusiya və Azərbaycanda aparılacaq. Filmə Rusiya kinoopertoru da cəlb olunub. Filmin çəkilişlərinə yaxın günlərdə start verilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR