Bank Of Baku

Fidan Hacıyeva solo-konsert verib - FOTOSESSİYA

Fidan Hacıyeva solo-konsert verib - <font color=red>FOTOSESSİYA</font>
# 18 mart 2010 10:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycanın əməkdar artisti Fidan Hacıyeva martın 17-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında solo-konsert proqramı ilə çıxış edib. APA-nın məlumatına görə, “Fidan və dostları” adlı konsertdə vokalçı Böyük Britaniya modelyerinin hazırladığı qırmız rəngli klassik geyimdə səhnəyə çıxıb. Konsertə “Karmen” operasından ariyanın ifası ilə başlayan əməkdar artist, daha sonra “Samson Dalila”, “Arşın mal alan”, “Sevil” operalarından kompozisiyalar oxuyub. Konsertdə Fidan Hacıyeva sənət dostları Azər Rzayev, Süleyman Süleymanov, Fərid Əliyev və Anton Feştanqla duet ifa edib.

Bundan başqa, Fidan Hacıyevanın ifasında ilk dəfə olaraq “Sevgi” kompozisiyası səslənib. Vokalçını Cavanşir Cəfərovun dirijorluğu ilə Akademik Opera və Balet Teatr Orkestri müşayiət edib.

Anşlaqla baş tutan konsertə təhsil naziri Misir Mərdanov, Türkiyənin, Almaniyanın, Böyük Brtinaiyanın ölkəmizdəki səfirləri və digər şəxslər də qatılıb.

İki saatdan artıq davam edən konsertdən sonra F. Hacıyeva jurnalistlərə konsertin yüksək səviyyədə keçməsindən məmnunluğunu dilə gətirib, sənətinə verilən qiymətə görə tamaşaçılara minnətdarlıq edib.

Qeyd edək ki, konsertin informasiya dəstəyi APA İnformasiya Agentliyi və vesti.az xəbər portalına məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR