Bank Of Baku

Polşa səfiri Azərbaycan pianoçusuna diplom təqdim edib

Polşa səfiri Azərbaycan pianoçusuna diplom təqdim edib
# 18 mart 2010 11:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA. Polşanın Azərbaycandakı səfiri Kşiştof Krayevski gənc pianoçu Nərmin Nəcəfliyə Azərbaycanda “Şopen ili”nin qeyd olunması çərçivəsində keçirilmiş konsertdə iştirakına görə diplom təqdim edib. APA-nın məlumatına görə, diplom və hədiyyənin təltif etmə mərasimində K. Krayevski qeyd edib ki, 13 yaşı olan bu gənc pianoçunun böyük gələcəyi var: «Ümüd edirəm ki, bu gənc istedad inkişaf edəcək. Polşa səfirliyi bu cür gənc pianoçulara dəstək verməyə hazırdır».

N. Nəcəflinin oxuduğu Bülbül adına orta ixtisas musiqi məktəbində gənc istedadın müəllimi olan Ədilə Rəhimova tələbəsindən çox razı olduğunu və gələcəkdə musiqi təhsilini xaricdə alacağını ümid etdiyini bildirib: «Ümid edirəm ki, Nərmin öz təhsilini ABŞ və ya Fransanın tanınmış musiqi ali məktəblərində davam etdirəcək».

N. Nəcəfli musiqiyə hobbi kimi deyil, sənət baxımından yanaşır və öz üzərində daim işləyəcəyini, təhsilini davam etdirəcəyini bildirib.

Görüş çərçivəsində səfir K. Krayevski qeyd edib ki, “Şopen ili” çərçivəsində Polşa səfirliyi və Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə gənc pianoçuların fərqlənməsi məqsədilə uşaq və gənclər üçün “Şopen festivalı” keçiriləcək: «Konsertlər Azərbaycanın bir çox regionlarında təşkil olunacaq və festivalın son mərhələsi may ayında keçiriləcək».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR