Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında yeni layihə həyata keçiriləcək

Gənc Tamaşaçılar Teatrında yeni layihə həyata keçiriləcək
# 18 mart 2010 13:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 24-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında yeni beynəlxalq layihənin gerçəkləşdirilməsi planlaşdırılır. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Belarus Dövlət Gənc Tamaşaçılar teatrının baş rejissoru Natalya Başevanın quruluş verdiyi E.T.A.Hofmanın “Şelkunçik” əsəri ilk dəfə Azərbaycan dilində səhnələşdiriləcək. İki hissəli milad nağılının quruluşçu rəssamı Sevinc Həsənova, bəstəkarı Yelena Atraşkiveç, vokal üzrə məşqçi Mələk Vəlizadədir. Rəqslərin quruluşu Nicat Kazımova məxsusdur.
Tamaşada baş rolları teatrın aktyorları Vüsal Mehrəliyev, Elnur Hüseynov, Nigar Məmmədova, Vahid Əliyev, Nəsibə Eldarova, Rasim Cəfərov və başqaları ifa edirlər.

Qeyd edək ki, tamaşa Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR