Bank Of Baku

«Kurtlar Vadisi Pusu» serialının bir seriyası Azərbaycanda çəkiləcək

«Kurtlar Vadisi Pusu» serialının bir seriyası Azərbaycanda çəkiləcək
# 18 mart 2010 20:02 (UTC +04:00)
Qəbələ. Elbrus Seyfullayev - APA. «Kurtlar Vadisi Pusu» serialının bir seriyası Azərbaycanda çəkiləcək. Bu barədə APA-ya hazırda Qəbələdə olan serialın baş qəhrəmanı Polat Alemderın rolunu ifa edən Necati Şaşmaz bildirib.

N.Şaşmaz Azərbaycana gəzməyə gəldiklərini bildirib. O Bakıdan Qəbələyə qədər olan yolu seyr etdiklərini və panoramın çox xoşlarına gəldiyini qeyd edib. «Kurtlar Vadisini Los-Ancelesdə, Hələbdə, Kiprdə çəkmişik. Azərbaycanda niyə çəkməyək ki? Qəbələ də, Bakı da çox gözəldirlər. Türkiyənin gözəl yerlərinə bənzəyirlər», deyə o vurğulayıb.

«Kurtlar Vadisi–Qarabağ» filminin çəkilib-çəkilməyəcəyi barədə suala cavab verən N.Şaşmaz belə bir film çəkilərsə məmnuniyyətlə baş rolda oynaya biləcəyini bildirib.

Qeyd edək ki, «Kurtlar Vadisi Pusu» serialının qəhrəmanları Polat Alemdar (Necati Şaşmaz), Abdulhey (Kənan Çoban), Ərhan (Ərhan Ufuk), Tuncay (Osman Vöber) və başqaları bu gün Azərbaycana gəliblər.

Necati Şaşmaz səfərin məqsədi barədə APA-nın müxbirinə «Səfərin məqsədi gəzməkdir, sevgimizi paylaşmaqdır», deyə bildirib.

Memati rolunun ifaçısı Gürkan Uyğunun niyə gəlmədiyi barədə suala Necati Şaşmaz «onun çəkilişləri var» deyə cavab verib.

Abdulhey rolunun ifaçısı Kənan Çoban isə həmişə Azərbaycanı görmək arzusuyla yaşadığını bildirib. O Azərbaycandakı qonaqpərvərlikdən heyrətləndiklərini qeyd edib.

Ərhan Ufuk isə öz növbəsində Azərbaycana gəldiyindən məmnun olduğunu vurğulayıb. «Buranın havasını və suyunu çox tərifləyirdilər. Çox xoşbəxtik ki, bizə də qismət oldu. Deyilən qədər var imiş», deyə o əlavə edib.

Türk sənətçilər sabah vətənlərinə qayıdacaqlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR