Bank Of Baku

Necati Şaşmaz: «Kurtlar Vadisi Qarabağ» filmi Xocalı faciəsini dünya gündəminə daşıya bilər

Necati Şaşmaz: «Kurtlar Vadisi Qarabağ» filmi Xocalı faciəsini dünya gündəminə daşıya bilər
# 18 mart 2010 20:31 (UTC +04:00)
Qəbələ. Elbrus Seyfullayev-APA. Azərbaycanda səfərdə olan «Kurtlar Vadisi Pusu» serialının baş rolunun ifaçısı Necati Şaşmaz «Kurtlar Vadisi Qarabağ» filmi barədə deyilənlərə aydınlıq gətirib.

««Kurtlar Vadisi Pusu» gündəmin nəbzini tutan dizidir. Biz orada gündəlik baş verənləri əks etdiririk. İraq filmi da gündəmdən bəhs edir. Hazırda gündəmdə Fələstin filmidir. O filmdə Fələstin olaylarının əvvəlindən bu günədək baş verənləri çəkmək istəyirik. Bura gəlməzdən öncə Qarabağ filmi barədə bizə deyiblər. Söhbət Xocalı qətliamının anladılmasından gedir. O hadisələr haqqında kifayət qədər məlumatım var, ancaq onları ssenariyə necə yatırmağı bilmirəm. Bu hadisə 18 il əvvəl baş verib. Film keçmişə dönüş kimi ola bilər. O filmlə biz Xocalı faciəsini dünya gündəminə daşıya bilərik. Lakin bunu necə edəcəyimizi hələ bilmirik. Güman ki, tarixi film çəkməli olacağıq», - deyə N. Şaşmaz APA-nın müxbirinə bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR