Bank Of Baku

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb
# 20 mart 2010 10:44 (UTC +04:00)
Bakı. Mayis Əlizadə - APA. İstanbulun Yeşilyurt səmtində yerləşən “Ekim” sənət mərkəzində azərbaycanlı rəssam Əbülfəz Fərəcoğlu və tələbələrinin sərgisi açılıb. Sərgidə Ə. Fərəcoğlunun yağlı boya ilə çəkilmiş 10, tələbələrinin isə 50 tablosu nümayiş etdirilir. Ə. Fərəcoğlu APA-nın Türkiyə bürosuna bildirib ki, bu onun Türkiyədə keçirilən 25-ci sərgisidir. O, “Ekim” sənət mərkəzində sərgisinin açılmasının onun üçün çox əlamətdar olduğunu qeyd edib: “Çünki bu mərkəzi mən yaratmışam. Sənət əsərlərimi sənətsevərlərə məhz burada təqdim etmək mənə və tələbələrimə hədsiz zövq verir. Sərginin açılışına Türkiyənin sənət dairələri və media böyük maraq göstərir”.

Qeyd edək ki, 1956-cı ildə Naxçıvanda anadan olan rəssam Əbülfəz Fərəcoğlu yaradıcılıq işlərini 1997-ci ildən Türkiyədə davam etdirir. Onun 2006-cı ildə İstanbulun Yeşilyurt məhəlləsində yaratdığı “Ekim” sənət mərkəzində 60 tələbə dərs alır. Bundan başqa, Əbülfəz Fərəcoğlu 13 ildir, İstanbulun Çəmbərlitaş səmtində yerləşən Mətbuat Muzeyinin sənət emalatxanasının müəllimidir. Fərəcoğlunun tabloları Türkiyə və Avropanın önəmli kolleksiyalarında da yer alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR