Bank Of Baku

«Təmiz şəhərim» rəsm sərgi-müsabiqəsi başa çatıb

«Təmiz şəhərim» rəsm sərgi-müsabiqəsi başa çatıb
# 23 mart 2010 08:18 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. «Təmiz Şəhər» ASC-nin təşkilatçılığı ilə 6-13 yaşlı uşaq və yeniyetmələr arasında keçirilən «Təmiz şəhərim» rəsm sərgi-müsabiqəsi başa çatıb. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, müsabiqə ictimayyəti Bakı şəhərinin təmizliyinə cəlb etmək, uşaqlarda ekoloji mədəniyyəti kiçik yaşlarından formalaşdırmaq, həmçinin onların sərbəst düşüncəsinə şərait yaratmaq məqsədilə keçirilib.
Fevral ayından başlanmış müsabiqənin qaydalarına uyğun olaraq, münsiflər heyəti tərəfindən müsabiqəyə təqdim edilmiş 600-ə yaxın rəsm arasından 100 ən yaxşısı seçilərək «Təmiz Şəhər» ASC-nin www.tamizshahar.az internet səhifəsində səsvermə üçün yerləşdirilib. Bir ay ərzində 2 100-ə yaxın internet istifadəçisi bu rəsmlərə səs verərək 3 qalibi təyin edib. İkinci mərhələdə isə bu rəsmlər arasından münsiflər heyəti tərəfindən 3 qalib müəyyən edilib.
«Təmiz Şəhər» ASC tərəfindən 1-ci yerin qalibinə noutbuk, 2-ci yerin qalibinə rəqəmsal fotoaparat, 3-cü yeri qazanmış iştirakçıya isə rəqəmsal musiqi pleyeri hədiyyə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR