Bank Of Baku

Heydər Əliyev Sarayında “Novruz bayramında bahar nağılı” bayram şənliyi keçirilib

Heydər Əliyev Sarayında “Novruz bayramında bahar nağılı” bayram şənliyi keçirilib
# 23 mart 2010 14:11 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Martın 23-də Heydər Əliyev Sarayında “Novruz bayramında bahar nağılı” adlı bayram şənliyi keçirilib. APA-nın məlumatına görə, bir günlük bayram şənliyi anşlaqla baş tutub. 200-dən artıq insanın ərsəyə gətirdiyi bayram şənliyinə “Çiçəyim” uşaq teatrı, “Dəcəl qızlar”, “Azəri inciləri” rəqs kollektivləri və gənc müğənnilər qatılıblar. Əsasən azyaşlı uşaqlar üçün nəzərdə tutulan şənlikdə müxtəlif ölkələrə məxsus milli rəqslər də ifa olunub. Saray rəhbərliyi tərəfindən şənlikdə iştirak etmək üçün Zabrat və Ramana uşaq evlərinin, eləcə də “Himayə” Uşaq İctimai Birliyinin sakinləri üçün yerlər ayrılıb.

Qeyd edək ki, Heydər Əliyev Sarayının təşkilatçılığı ilə keçirilən “Novruz bayramında bahar nağılı” bayram şənliyinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR