Bank Of Baku

EBU tərəfindən cərimə olunan Ukrayna “Eurovision-2010” üçün yeni mahnısını seçib – FOTO

EBU tərəfindən cərimə olunan Ukrayna “Eurovision-2010” üçün yeni mahnısını seçib – <font color=red>FOTO </font>
# 25 mart 2010 09:40 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. “Eurovision-2010” mahnı müsabiqəsində iştirak Ukraynaya baha baş gəlib. Belə ki, əvvəlcə müəyyənləşdirdiyi təmsilçisi Vasili Lazaroviçi vətəndaşların etirazı nəticəsində dəyişməli olan bu ölkə indi də mahnı problemi ilə üzləşib. Belə ki, Avropa Yayım Birliyi (EBU) yeni təmsilçi Alyoşanın ifa etməli olduğu “To Be Free” mahnısının əleyhinə çıxıb. Seçimdən 24 saat sonra “Eurovision” müsabiqəsinin əsas təşkilatçısı olan EBU Ukraynaya rəsmi bildiriş göndərərək, bu mahnının dəyişdirilməsini tələb edib. Mahnının dəyişdirilməsinin səbəbi kimi isə “To Be Free”nin 2008-ci ildə bu ölkənin seçimlərində ifa olunması və plagiatlıq kimi qiymətləndirilməsi göstərilib.

Ukrayna martın 22-də Osloda keçirilən iştirakçı ölkələrin nümayəndə heyətlərinin görüşünə, təmsilçi və mahnıların təsdiqinə kimi mahnını yenidən seçmədiyinə görə EBU tərəfindən cərimə olunub. APA müsabiqənin rəsmi internet saytına istinadən xəbər verir ki, Ukrayna ötən gün axşam yeni mahnısını seçib və EBU-ya təqdim edib. Ukrayna təmsilçisi Alyoşa “Eurovision-2010” müsabiqəsində “Sweet People” mahnısı ilə çıxış edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR