Bank Of Baku

Bakıda “İran mədəniyyəti dünya sivilizasiya konteksində” mövzusunda seminar keçiriləcək

Bakıda “İran mədəniyyəti dünya sivilizasiya konteksində” mövzusunda seminar keçiriləcək
# 25 mart 2010 12:47 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bakıda “İran mədəniyyəti dünya sivilizasiya konteksində” mövzusunda respublika kulturoloji seminarı keçiriləcək. Seminar “Simurq” Azərbaycan Mədəniyyət Assosiasiyası, Azərbaycan Kulturoloqlar Cəmiyyəti və Vətəndaş Cəmiyyətinin Beynəlxalq Mədəniyyət Forumunun birgə təşkilatçılığı ilə baş tutacaq. Bu barədə APA-ya “Simurq” Mədəniyyət Assosiasiyasının vitse-prezidenti Fuad Məmmədov məlumat verib. Seminarda “İran mədəniyyəti dünya sivilizasiyası kontekstində” mövzusunda Fuad Məmmədov, ”İran mədəniyyəti: tarix və müasirlik” mövzusunda Şamirə Mir-Bağırzadə, “Şəhriyarın yaradıcılığı və onun İran mədəniyyətində rolu” mövzusunda Afət Məmmədova, “İran İslam İnqlabının mədəni nailiyyətləri” mövzusunda Əbülfəz Babazadə və başqaları çıxış edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR