Bank Of Baku

Nahid Emiloğlu: “On dörd kimsəsiz uşağın taleyini dəyişmək istəyindəyik” - FOTO

Nahid Emiloğlu: “On dörd kimsəsiz uşağın taleyini dəyişmək istəyindəyik” - <font color=red>FOTO</font>
# 25 mart 2010 15:01 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. “Sən bir nəğməsən” müsabiqəsinə tamaşaçılar tərəfindən olan maraq layihənin rəhbəri kimi məni çox sveindirir. Sevindirici haldır ki, kimsəsiz uşaqlara çoxsaylı səs göndərilir. Bu o deməkdir ki, Azərbaycan xalqı valideyn himayəsindən məhrum qalmış uşaqlarımıza biganə deyil”. Bu sözləri APA-ya valideyn himayəsindən məhrum olan istedadlı uşaqlar arasında keçirilən “Sən bir nəğməsən” müsabiqəsinin təşkilatçısı “Ses Organization”un rəhbəri Nahid Emiloğlu deyib. Layihə rəhbəri hər həftə müsabiqədə bir sənətçinin qonaq qismində iştirak etdiyini bildirib: “Ötən həftələr türkiyəli sənətçi Davud Güloğlu, yerli sənətçilərdən Yeganə, Nazpəri Dostəliyeva, İzzət Bağırov və başqaları qonaq olublar. Hər bir sənətçi çox böyük həvəslə layihəmizdə iştiraka razılıq verir. Mən sizin vasitənizlə böyük şirkətləri, iş adamlarını bu layihəyə və müsabiqədəki iştirakçılara dəstək olmağa çağırıram”.

İndiyədək Azərbaycanda bu cür layihənin həyata keçirilmədiyini vurğulayan təşkilatçı bunu ənənə halına çevirmək niyyətində olduğunu deyib: “14 kimsəsiz uşağın taleyini dəyişmək istəyindəyik. Bu yolda ilk addımlarımızı atmışıq və bizə dəstək olanlara təşəkkürümüzü bildiririk. Veriliş 16 həftə davam edəcək. Həmin uşaqların təhsil almasını, internatdan ayrıldıqdan sonra iş yeri ilə təmin olunmasını təmin edəcəyik. Yarışmanın əsas mükafatı isə ev olacaq”.

Qeyd edək ki, “Sən bir nəğməsən” mahnı müsabiqəsinin informasiya dəstəyi APA İnformasiya Agentliyinə məxsusdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR