Bank Of Baku

Akademik Milli Dram Teatrının kollektivi Dağıstana qastrol səfərinə gedəcək

Akademik Milli Dram Teatrının kollektivi Dağıstana qastrol səfərinə gedəcək
# 27 mart 2010 11:18 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının kollektivi Dağıstana qastrol səfərinə gedəcək.

Teatrın direktoru Maqbet Bünyatovun APA-ya verdiyi məlumata görə, kollektivin səfəri aprelin 14-də başlayacaq.

10 gün davam edəcək səfər çərçivəsində Dərbənd tamaşaçılarına Azərbaycan aktyorlarının ifasında İlyas Əfəndiyevin “Dəlilər və ağıllılar” tamaşası nümayiş etdiriləcək. Tamaşada əsas rolları Azərbaycanın xalq artistləri Bəsti Cəfərova və Cəfər Namiq Kamal ifa edəcək. Səfərdə teatr 20 nəfərlik nümayəndə heyəti ilə təmsil olunacaq.

M.Bünyatov onu da deyib ki, yaxın aylarda teatrın Türkiyənin bir neçə şəhərinə də qastrol səfəri gözlənilir. Bundan əlavə, Kazan Dövlət Teatrı ilə Azərbaycanın Milli Teatrı arasındakı qarşılıqlı əməkdaşlıq çərçivəsində Kazan aktyorlarının Azərbaycana səfəri gözlənilir. Bu səfər Milli Teatrın binasının əsaslı təmiri başa çatdıqdan sonra reallaşacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR