Bank Of Baku

Lənkəranda Beynəlxalq Teatr günü qeyd olunub

Lənkəranda Beynəlxalq Teatr günü qeyd olunub
# 27 mart 2010 14:00 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev - APA. Bu gün Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrında 27 Mart - Beynəlxalq Teatr günü münasibətilə tədbir keçirilib.

APA-nın cənub bürosunun məlumatına görə, yerli icra strukturları və hüquq-mühafizə orqanları rəhbərlərinin, ictimaiyyət nümayəndələrinin iştirakı ilə düzənlənən tədbirdə teatrın direktoru İslam Həsənov çıxış edərək, kollektivin ötən illər ərzində əldə etdiyi uğurlardan və yaradıcılıq planlarından danışıb.

Bu yaxınlarda Bakıda Milli Teatr Festivalında uğurlu çıxışına görə truppanın Teatr Xadimləri İttifaqının mükafatına layiq görüldüyünü bildirən direktor hazırda teatrın səhnəsində görkəmli qırğız yazıçısı Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının motivləri əsasında səhnələşdirilmiş “Manqurt” əsərinin tamaşaya hazırlandığını qeyd edib.

Lənkəran şəhər İcra Hakimiyyəti başçısının təhsil, səhiyyə və mədəniyyət məsələləri üzrə müavini Nadir Muradov və şəhər Mədəniyyət və Turizm Şöbəsinin müdiri Vasif Fərzullayev teatrın kollektivinə yaradıcılıq uğurları arzulayıblar. Sonda teatrın bir qrup aktyoruna pul mükafatları və xatirə hədiyyələri təqdim olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR