Bank Of Baku

31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “Soyqırım” sənədli filminin təqdimatı keçiriləcək

31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş “Soyqırım” sənədli filminin təqdimatı keçiriləcək
# 29 mart 2010 11:45 (UTC +04:00)
Bakı. Kəmalə Quliyeva - APA. 31 mart – Azərbaycanlıların Soyqırımı gününün ildönümü ərəfəsində “Soyqırım” adlı sənədli filmin təqdimat mərasimi keçiriləcək. APA-nın məlumatına görə, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi tərəfindən hazırlanan filmin ssenari müəllifi və rejissoru Etibar Məmmədov, redaktoru Kəmalə Paşayeva, elmi rəyçisi tarix elmləri doktoru Musa Qasımlı, baş məsləhətçisi, millət vəkili Qənirə Paşayevadır. Film Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb.

Filmdə 1918-ci il martın 31-də Qubada erməni daşnaklarının törətdiyi soyqırım zamanı valideynlərini, doğmalarını, yaxınlarını itirmiş və həmin dəhşətli hadisələrin canlı şahidi olmuş insanların taleyindən bəhs edilir. Qubada azərbaycanlılarla yanaşı, soyqırıma məruz qalan digər millətlərin nümayəndələrinin fikirləri də filmdə əksini tapıb. Filmin təqdimat mərasimi martın 30-da saat 12.00-da Hökumət Evində keçiriləcək.

Filmin Azərbaycanın televiziya kanallarında nümayiş etdirilməsi nəzərdə tutulur. Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyi aprel ayında ABŞ-da və Avropanın bəzi ölkələrində «Soyqırım» sənədli filminin ingilis dili variantının təqdimatını da keçirəcək. Filmin minlərlə nüsxə çoxaldılaraq Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, dövlət və qeyri-hökumət təşkilatları, diaspor təşkilatları vasitəsilə beynəlxalq ictimaiyyətə yayılması nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR