Bank Of Baku

Özbəkistanda Azərbaycan kino həftəsi keçiriləcək

Özbəkistanda Azərbaycan kino həftəsi keçiriləcək
# 30 mart 2010 09:53 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Özbəkistanda Azərbaycan kino həftəsinin keçirilməsi nəzərdə tutulur. Mədəniyyət və Turizm Nazirliyinin kinematoqrafiya şöbəsinin sektor müdiri Almaz Sultanzadənin APA-ya verdiyi məlumata görə, 19-23 aprel tarixlərində keçiriləcək kino günlərində Azərbaycanın son illərdə istehsal olunan bədii, qısametrajlı bədii, sənədli və cizgi filmlərinin nümayişi planlaşdırılır. A. Sultanzadənin sözlərinə görə,
bədii filmlərdən “Niyyət”, “Qala”, “Hökmdarın taleyi”, “Məhkumlar”, sənədli filmlərdən “Dua”, “Azərbaycan motivləri”, “İz qala”, qısametrajlı bədii filmlərdən “Bir addım”, “Nəfəs”, “Bu gün” və “Mərhəmətin dadı” cizgi filmi Özbəkistanda keçiriləcək Azərbaycan kino günlərinin proqramına salınıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR