Bank Of Baku

Bakıda “Francophony” həftəsi münasibətilə İsveçrə filmi nümayiş etdiriləcək

Bakıda “Francophony” həftəsi münasibətilə İsveçrə filmi nümayiş etdiriləcək
# 30 mart 2010 13:34 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. İsveçrənin Bakıdakı səfirliyi Azərbaycanda “Francophony” həftəsi münasibətilə bu ölkədə çəkilmiş “Ev” filmini nümayiş etdirəcək. Səfirlikdən APA-ya verilən məlumata görə, aprelin 1-də Muzey Mərkəzində təşkil olunacaq təqdimat mərasiminə rəsmi şəxslər, diplomatlar və fransızdilli icmalar dəvət olunub.

Ursula Meyerin rejissoru olduğu “Ev” filmi 2009-cu ilin ən baxımlı filmlərindən olub. Kann festivalına təqdim olunan əsər tezliklə İsveçrədən kənarda da populyarlaşıb. Film İsveçrənin “QUARTZ 2009” film mükafatının üçqat laureatı olmaqla yanaşı, 30-dan artıq festivala dəvət alıb və beynəlxalq mükafatlara layiq görülüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR