Bank Of Baku

Soyqırımı günü ilə əlaqədar Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilir - FOTOSESSİYA

Soyqırımı günü ilə əlaqədar Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi keçirilir - <font color=red>FOTOSESSİYA</font>
# 30 mart 2010 15:28 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu gün Muzey Mərkəzində 31 Mart - Azərbaycanlıların Soyqırımı gününə həsr olunmuş sərginin açılışı olub. APA-nın məlumatına görə, sərginin açılışında çıxış edən mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva bildirib ki, 92 il əvvəl törədilmiş mart soyqırımı Azərbaycan xalqının tarixinə növbəti qanlı hadisələrdən biri kimi daxil edilib: “Bu tarix hamımıza yaxşı məlumdur. Həmin ağır günlərdə erməni daşnakları və silahlı bolşevik cəza dəstələri Bakıda və ölkənin digər bölgələrində dinc azərbaycanlı-türk əhaliyə divan tutub, xalqımıza qarşı əsl soyqırımı törədilib. Zaman-zaman xalqımızın başına gətirilən bəlalar şübhəsiz ki, bizim istedadlı insanlarımızı da daim təsirləndirir və onların yaradıcılığında dərin iz buraxır”.

Azərbaycan Rəssamlar İttifaqının sədri, xalq rəssamı Fərhad Xəlilov isə çıxışında bu tarixin Azərbaycan rəssamlarının əsərlərində də yaşadığını qeyd edib. İttifaq sədri bildirib ki, azərbaycanlıların soyqırımı gününə həsr edilmiş sərginin təşkilində əsas məqsəd gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi, xalqımızın başına gətirilən bəlaların Azərbaycan rəssamlarının yaradıcılığına göstərdiyi təsiri nümayiş etdirməkdən, günahsız qurbanların əziz xatirəsinin anılmasından ibarətdir. Sərgidə 90-dan artıq müəllifin 100-dən çox əsəri nümayiş olunur.

Qeyd edək ki, sərgi Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı və Muzey Mərkəzinin birgə təşkilatçılığı ilə keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR