Bank Of Baku

Azərbaycan Dövlət Film Fonduna filmlərin qorunması üçün Almaniyadan xüsusi avadanlıq alınıb

Azərbaycan Dövlət Film Fonduna filmlərin qorunması üçün Almaniyadan xüsusi avadanlıq alınıb
# 30 mart 2010 16:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova - APA. Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Azərbaycan Dövlət Film Fonduna filmlərin qorunması üçün xüsusi avadanlıq alınıb. Dövlət Film Fondunun rəhbəri Cəmil Quliyevin APA-ya verdiyi məlumata görə, fonda alınan avadanlıq filmlərin qorunması üçün bakterioloji cihazdır: “Bu zamana kimi fondumuzda bu cür cihaz olmayıb. Sevindirici haldır ki, artıq bu cihaz vasitəsilə filmlərdə olan neqativ hallar aradan qalxacaq, müxtəlif növ bakteriyalar ziyanlı təsirini göstərə bilməyəcək. Cihaz Almaniyadan yüksək məbləğə alınıb”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR