Bank Of Baku

Moskvada Azərbaycan rəssamlarının sərgisi təşkil olunacaq

Moskvada Azərbaycan rəssamlarının sərgisi təşkil olunacaq
# 31 mart 2010 14:29 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Rusiya Federasiyasının paytaxtı Moskvada Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi təşkil olunacaq. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətinin katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, Moskvanın “Aydan” Qalereyasında təşkil olunacaq “Novruz” adlı müasir, aktual incəsənət sərgisinin açılış mərasimi aprelin 9-da keçiriləcək. Sərgidə əməkdar incəsənət xadimi Leyla Axundzadə, əməkdar rəssam Eldar Qurbanov, rəssamlar Tərlan Qorçu, Fərid Rəsulov, Rəşad Ələkbərov, Orxan Hüseynov, Babi Bədəlov və Rəşid Axundzadənin əsərləri tamaşaçılara təqdim ediləcək. Layihənin ideya müəllifi əməkdar incəsənət xadimi, tanınmış sənətşünas alim, professor Leyla Axundzadə olub. “Aydan” Qalereyasındakı sərgi bir müddət əvvəl dünyasının dəyişmiş Leyla Axundzadənin xatirəsinə ithaf edilir.

Ekspozisiyanın təşkili məqsədilə nazirliyin təsviri və dekorativ sənət sektorunun aparıcı məsləhətçisi Qalib Qasımov, əməkdar rəssam Eldar Qurbanov, rəssamlar Fərid Rəsulov, Rəşad Ələkbərov və Orxan Hüseynov Moskvaya yola düşəcəklər. Sərginin kuratoru, Moskvada yaşayan həmyerlimiz, müasir incəsənətin tanınmış nümayəndəsi Aydan Salahovadır. Moskva sənətsevərləri Azərbaycan rəssamlarının əsərlərinə bir ay müddətində tamaşa edə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR