Bank Of Baku

Gələn həftə keçiriləcək Azərbaycan kino həftəsinin proqramı açıqlanıb

Gələn həftə keçiriləcək Azərbaycan kino həftəsinin proqramı açıqlanıb
# 31 mart 2010 14:44 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. 6-10 aprel tarixləri arasında keçiriləcək Azərbaycan Kino Həftəsinin proqramı müəyyənləşib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat katibi Zöhrə Əliyevanın APA-ya verdiyi məlumata görə, kino həftəsi keçirmək müasir Azərbaycan kinosunu təbliğ və yeni çəkilmiş filmlərimizi geniş tamaşaçı auditoriyasına təqdim etmək məqsədi daşıyır. Kino həftəsinin açılışı aprelin 6-da Heydər Əliyev Sarayında rejissor Samir Kərimoğlunun “Niyyət” bədii filminin təqdimatı ilə baş tutacaq. Aprelin 8-də Sumqayıt şəhərində “Gənclərin qısa filmləri” proqramına baxış və yaradıcı gənclərlə, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində gənc rejissorlarla görüşün və “Nəfəs”, “İki”, “Qocalar” qısametrajlı filmlərə baxışın keçirilməsi nəzərdə tutulur. Aprelin 7-də Şağan Uşaq evində “Cəsur təyyarə” və “Xeyirxah kirpi” cizgi filmlərinə baxış, aprelin 10-da N hərbi hissəsində “Cavad xan” filminin nümayişi, 8-9 aprel tarixlərində 4№-li qadın və 15№-li İslah əmək müəssisələrində “Məhkumlar” və “Niyyət” bədii filmlərinin nümayişi, aprelin 9-da Dövlət Film Fondunda görkəmli Azərbaycan aktrisası Leyla Bədirbəylinin 90 illiyinə həsr olunmuş xatirə gecəsi,
elə həmin gün Heydər Əliyev Fondu ilə birgə “Salnamə” sənədli filmlər studiyasında istehsal edilmiş Qala qoruğu haqqında sənədli filminin Əzizbəyov rayonunda premyerasının təşkili, aprelin 9-da sənədli filmlər axşamının keçirilməsi, aprelin 10-da “Ey həyat, sən nə qəribəsən!” sənədli filminin təqdimatı keçiriləcək.
Həmin tarixlərdə eyni zamanda - Sabirabad, Dəvəçi, Şirvan, Hacıqabul, Xaçmaz, Xırdalan, Göyçay, Gəncə, Yevlax şəhərlərində yeni Azərbaycan filmlərinin nümayişinin təşkili nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR