Bank Of Baku

«Qala» filmi Kanadada nümayiş etdirilib

«Qala» filmi Kanadada nümayiş etdirilib
# 31 mart 2010 20:01 (UTC +04:00)
Bakı-APA. Kanadanın paytaxtı Ottava şəhərində Azərbaycanın istehsalı olan «Qala» filminin premyera nümayişi baş tutub. Bu barədə APA-ya Azərbaycanın Kanadaakı səfirliyindən məlumat verilib. Tədbir AR Mədəniyyət və Turizm Nazirliyi dəstəyilə Azərbaycan Respublikasının Kanadadakı Səfirliyi tərəfindən təşkil olunub.

Nümayişin açılışında Səfir F.Şəfiyev Azərbaycanın film sənayesinin tarixindən bəhs edib və Azərbaycanda ilk filmin 1898-ci ildə çəkildiyini qeyd edib. Daha sonra çıxış edən filmin rejissoru Şamil Nəcəfzadə vurğulayıb ki, «Qala» filminin ideyası incəsənətin və real həyatın bir-biri ilə sıx çulğaşmasından irəli gəlib. O, həmçinin qeyd edib ki, Azərbaycan torpaqları hələ də Ermənistanın işğalı altındadır və filmdə baş verən hadisələr Azərbaycanın yaxın tarixindən irəli gəlir.

Kanadanın «The Ottawa citizen» qəzetində məşhur Kanadalı film tənqidçisi Jay Stone «Qala» filmi haqqında məqalə dərc edib. Məqalədə Kanadalı seyrçilərin Azərbaycan filmini izləmək kimi nadir şans qazandığı qeyd olunub.

Qeyd etmək lazımdır ki, «Qala» filminin nümayişindən yığılan gəlirlər yanvar ayında Haitidə baş vermiş zəlzələ qurbanları üçün humanitar yardıma yönəlib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR