Bank Of Baku

Cazmen Şahin Növrəsli ABŞ-a turneyə çıxacaq

Cazmen Şahin Növrəsli ABŞ-a turneyə çıxacaq
# 01 aprel 2010 11:04 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Bu ilin sentyabrından başlayaraq cazmen Şahin Növrəslinin ABŞ-ın bir çox ştatlarında silsilə konsert layihələrinə start veriləcək. Cazmenin APA-ya verdiyi məlumata görə, turne “Buta” Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilir. “Buta” adlanan layihədə cazmen həm də xanəndə kimi muğam oxumaq imkanlarını göstərəcək. Proqramı çərçivəsində cazla muğamın sintezini quran Şahin Növrəsli bunu amerikalı tamaşaçılara da nümayiş etdirmək niyyətindədir.
Cazmenin Nyu-York, Vaşinqton, Las-Veqas, Boston, Mayami, Los-Anceles, San-Fransisko, Filadelfiya, Hyuston və başqa böyük şəhərlərdə çıxışları nəzərdə tutulub.
Yeni proqram Karneqi Holl, Valt Disney Consert Hall, Venq Teatrında və s. kimi möhtəşəm konsert məkanlarında təşkil ediləcək.

Cazmeni turnedə tar və kamançada Aslan Növrəsli və Nurlan Növrəsli, kontrabasda Nyu-Yorklu Neyton Pek, zərb alətlərində isə rusiyalı Aleksandr Maşın müşayiət edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR