Bank Of Baku

Musiqili Komediya Teatrının kollektivi kimsəsiz uşaqlar və qocalar üçün tamaşalar nümayiş etdirib

Musiqili Komediya Teatrının kollektivi kimsəsiz uşaqlar və qocalar üçün tamaşalar nümayiş etdirib
# 01 aprel 2010 11:20 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Musiqili Komediya Teatrının kollektivi Mərdəkan və Maştağa qəsəbələrində yerləşən valideyn himayəsindən məhrum uşaqlar üçün internat məktəblərində, eləcə də Bilgəh qəsəbəsindəki Qocalar Evində xüsusi proqram nümayiş etdirib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, teatr kollektivi konsert proqramı ilə yanaşı, həm də tamaşalardan səhnələr göstərərək kimsəsizləri sevindirib.

Teatr vaxtaşırı maddi imkanları məhdud olan, lakin teatrı sevən insanlar üçün də açıq qapı günləri keçirir, onlara öz yeni tamaşalarını təqdim edir. Belə tədbirlərdə iştirak edən Azərbaycan Əlillər Cəmiyyəti Yasamal rayon Əlillər Təşkilatının İdarə Heyəti bu günlərdə teatra təşəkkür məktubu göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR