Bank Of Baku

Azərbaycanda keçirilən “Francophony” həftəsi çərçivəsində “Ev” filminin nümayişi olub - FOTO

Azərbaycanda keçirilən “Francophony” həftəsi çərçivəsində “Ev” filminin nümayişi olub - <font color=red>FOTO</font>
# 01 aprel 2010 17:04 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva - APA. Azərbaycanda keçirilən “Francophony” həftəsi çərçivəsində aprelin 1-də Muzey Mərkəzində “Ev” filmi nümayiş etdirilib. APA-nın məlumatına görə, nümayiş İsveçrənin Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Qeyd edək ki, İsveçrə istehsalı olan “Ev” filmi 2009-cu ildə rejissor Ursul Meyer tərəfindən çəkilib. Kann festivalında nümayiş etdirilən film fransız dili filmlər arasında populyarlıq qazanıb və bir neçə mükafata layiq görülüb.

Filmdə baş rolu tanınmış fransız aktrisası İzabel Hupert oynayıb.

“Bu, çox maraqlı filmdir, tarixi çox sadəliklə, yalnız məharətlə əks etdirir. Film fransızdilli Bakı tamaşaçısı üçün nəzərdə tutulub və ümid edirəm ki, maraqla qarşılanacaq”, - deyə İsveçrənin Azərbaycandakı səfiri Alan Quderetti bildirib.

Filmin nümayişində Bakıda qeydiyyatdan keçmiş bəzi diplomatik missiyaların təmsilçiləri, o cümlədən Belçika və Fransanın Azərbaycandakı səfirləri də iştirak ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR