Bank Of Baku

Ələsgər Ələkbərovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - FOTO

Ələsgər Ələkbərovun 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib - <font color=red>FOTO </font>
# 02 aprel 2010 14:13 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Bu gün Muzey Mərkəzində Azərbaycan və SSRİ xalq artisti Ələsgər Ələkbərovun 100 illik yubileyi münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbir Dövlət film Fondunun təşkilatçılığı ilə baş tutub. Tədbirdə çıxış edən fondun rəhbəri, əməkdar incəsənət xadimi Cəmil Quliyev Ə. Ələkbərovun XX əsr milli teatr və kinomuzun ən görkəmli simalarından biri olduğunu diqqətə çatdırıb. Mərhum sənətkarın yaşadığı ömür ərzində Azərbaycan mədəniyyətinə müstəsna xidmətlərindən söz açan C. Quliyev, onun həyat və yaradıcılığına nəzər salıb: “Onun Milli Dram Teatrında ən böyük sənət qələbələri Otello və Vaqif obrazlarıdır. O, Vaqif rolunda 500 dəfədən çox səhnəyə çıxıb. Aktyor bir sənətkar kimi kamilləşdikcə kinoda və teatrda bir-birinin ardınca müxtəlif səpkili, dərin məzmunlu obrazlar yaradıb”. Kinoşünas Aydın Kazımzadə isə Ə. Ələkbərovun çoxşaxəli yaradıcılığında ekran rollarının xüsusi yer tutduğunu tədbir iştirakçılarının nəzərinə çatdırıb: “İlk dəfə “Vulkan üzərində ev” filmində Həsən rolunda çəkiləndə onun 17 yaşı var idi. Bundan sonra Ələsgər Ələkbərov “Lətif”, “Altıncı hiss”, “Almaz”, “Yeni horizont”, “Qara daşlar”, “Kölgələr sürünür”, “Ögey ana”, “Leyli və Məcnun” filmlərində çəkilib. Görkəmli sənətkarın “Kəndlilər”, “Fətəli xan”, “Uzaq sahillərdə”, “Səhər”, “Böyük dayaq” filmlərində yaratdığı obrazlar Azərbaycan kino tarixində xüsusi yer tutur. Parlaq istedada malik Ələsgər Ələkbərov 50 ilə yaxındır ki, aramızda yoxdur. Buna baxmayaraq qədirbilən xalqımız istedadlı oğlunu bu gün də sevir, onu məhəbbətlə yad edir, onun xidmətlərini yüksək qiymətləndirir”.

Görkəmli aktyorun 100 illik yubiley tədbirində sənətkarın həyat və yaradıcılığını əks etdirən foto şəkillər və onun çəkildiyi filmlərdən fraqmentlər nümayiş olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR