Bank Of Baku

Gənc Tamaşaçılar Teatrında belaruslu rejissor tərəfindən səhnələşdirilən “Şelkunçik” tamaşasının ilk nümayişi olub

Gənc Tamaşaçılar Teatrında belaruslu rejissor tərəfindən səhnələşdirilən “Şelkunçik” tamaşasının ilk nümayişi olub
# 02 aprel 2010 14:45 (UTC +04:00)
Bakı. Ülkər Qasımova-APA. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında alman yazıçısı Hofmanın məşhur “Şelkunçik” əsərinin ilk tamaşası olub. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və Belarus Respublikası Dövlət Gənc Tamaşaçılar Teatrları direktorlarının imzaladığı beynəlxalq qastrol və yaradıcılıq mübadiləsinə əsasən tamaşanın quruluşu Minsk Dövlət Gənc Tamaşaçılar Teatrının baş rejissoru Nataliya Başevaya həvalə olunub. Səhnə tərtibatı və kostyumlarla zəngin olan “Şelkunçik” tamaşasının premyerasında Belarusun Azərbaycanda fövqəladə və səlahiyyətli səfiri Nikolay Paskeviç, tanınmış teatr xadimləri iştirak ediblər. Uşaqların və böyüklərin maraqla seyr etdiyi nağıl-tamaşanın bəstəkarı Yelena Atraşkeviç (Belarus), quruluşçu rəssamı İ. Sorokina (Belarus), rəqslərin quruluşu Nicat Kazımova məxsusdur.

Tamaşada əsas rolları Vüsal Mehrəliyev, Vahid Əliyev, Natiq Fərzəliyev, Asya Atakişiyeva, Manaf Dadaşov, Elşən Atababayev, Nigar Məmmədova, Nəsibə Eldarova, Rasim Cəfərov və başqaları ifa edirlər.

Dövlət Gənclər Tamaşaçılar Teatrında yaxın günlərdə daha 2 beynəlxalq layihə həyata keçirilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR