Bank Of Baku

Azərbaycanda karikatura günü elan edilib

Azərbaycanda karikatura günü elan edilib
# 05 aprel 2010 09:54 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyi “Molla Nəsrəddin” satirik jurnalının işıq üzü gördüyü günü, yəni aprelin 7-sini karikatura günü elan edib. Azərbaycan Karikaturaçı Rəssamlar Birliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, azərbaycanlı karikaturaçılarla bərabər, Təbriz və Ərdəbil karikaturaçılar təşkilatları əlamətdar günü qeyd edəcək, aprel ayında bu münasibətlə müxtəlif tədbirlər təşkil edəcəklər. “Molla Nəsrəddin” satirik jurnalının ildönümü münasibətilə Azərbaycanda ənənəvi təşkil olunan beynəlxalq karikatura müsabiqəsinə aprelin 15-də yekun vurulacaq. “Molla Nəsrəddin” jurnalının adını daşıyan müsabiqə Ə. Əzimzadənin 130 illiyinə həsr olunub. Aprel ayının sonunda müsabiqənin qaliblərinin mükafatlandırma mərasimi və ən yaxşı əsərlərdən ibarət sərgi təşkil olunacaq. Rəssamlar İttifaqının Vəcihə Səmədova adına sərgi salonunda təşkil olunacaq tədbirdə Bayram Hacızadənin müəllifi olduğu “Neft və Karikatura” kitabının təqdimatı da keçiriləcək. Kitab “Molla Nəsrəddin-Azərbaycan” müsabiqəsinə göndərilən ən yaxşı karikaturalar əsasında hazırlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR