Bank Of Baku

Almaniyalı dirijor Pyer Dominik Ponelli: “Siz azərbaycanlılar qızıl səsli sopranoya sahibsiniz”

Almaniyalı dirijor Pyer Dominik Ponelli: “Siz azərbaycanlılar qızıl səsli sopranoya sahibsiniz”
# 05 aprel 2010 13:02 (UTC +04:00)
Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin “Traviata” operasının tamaşası keçirilib. Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, operanı məşhur almaniyalı dirijor Pyer Dominik Ponelli idarə edib. Əsas partiya olan Violetta rolunu isə Opera və Balet Teatrının gənc solistlərindən biri – əməkdar artist İnarə Babayeva canlandırıb. Tamaşada həmçinin xalq artisti Azər Zeynalov (Alfred), əməkdar artistlər Əvəz Abdullayev (Jermon), Əli Əsgərov (Markiz) və Əkrəm Poladov (Doktor) da iştirak ediblər. Tamaşa çox böyük uğurla keçib. Bütün tamaşa boyu eşidilən “bravo!” sədaları və tamaşadan sonra uzun müddət davam edən sürəkli alqışlar bunu bir daha sübut edib. Tamaşadan sonra dirijor Pyer Dominik Ponelli Azərbaycan teatrında tamaşa idarə etməsini yaradıcılığında gözəl hadisə kimi qiymətləndirib: “Mən mətbuatdakı çıxışlarımda hər zaman Azərbaycanda akademik sənətin yüksək səviyyədə olduğunu qeyd edirəm. Sizin ölkənizi və mədəniyyətinizi, bu ölkənin xeyirxah və mehriban insanlarını çox sevirəm. Sizin görkəmli bəstəkarlarınız Üzeyir Hacıbəyli, Qara Qarayev və Fikrət Əmirovun yaradıcılığı ilə yaxından tanış olmuşam. Bir neçə dəfə Avropadakı konsertlərim zamanı Qara Qarayevin “Yeddi gözəl” baletindən valsı ifa etmişəm. Bu gün baş tutan “Traviata” operasının tamaşası mənim Azərbaycan Opera və Balet Teatrı haqqında yüksək fikirlərimi bir daha təsdiq etdi. Orkestrinizdə çoxlu professional musiqiçilər var və bu gün onlar böyük ruh yüksəkliyi ilə ifa edirdilər. Violetta partiyasının ifaçısı İnarə Babayeva isə öz ifası ilə məni yaxşı mənada heyrətləndirdi və məftun etdi. Siz qızıl səsli sopranoya sahibsiniz. Almaniyaya qayıtdıqdan sonra İnarə Babayevanın qastrollarının təşkili ilə bağlı Berlin, Münxen, Drezden və Zalsburq opera teatrlarında çalışan menecer dostalırmla mütləq danışacağam. Əminəm ki, o dünyanın ən qabaqcıl opera teatrlarının səhnələrinin bəzəyi ola bilər”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR